» » 700 bal toplayan Şahxanım Həsənova: "Atam sürücü, anam isə xadimədir" - FOTO


16-05-2018 | 10:41

  • 21 438

700 bal toplayan Şahxanım Həsənova: "Atam sürücü, anam isə xadimədir" - FOTO


Dövlət İmtahan Mərkəzi mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.

BAKU.WS
xəbər verir ki, keçirilən imtahanlarda 7abituriyent 700 bal toplayıb. Onlardan biri də Suraxanı rayonu 89 saylı məktəbin şagirdi Şahxanım Həsənovadır.

BAKU.WS olaraq ilk öncə Şahxanım Həsənovanın təhsil aldığı məktəblə əlaqə saxladıq. Məktəbin direktoru Dadaş Babazadə BAKU.WS-ə açıqlamasında bildirdi ki, yüksək nəticə göstərən abituriyent Suraxanı qəsəbəsinin sakinidir. Onun sözlərinə görə, Ş.Həsənova davamiyyətli və dərslərə məsuliyyətli şagird olub.

"Onun bir bacısı Ülkər Həsənova bizim məktəbi bitirib və 580 bal ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olub. Qardaşı Almas Həsənov isə məktəbimizin 7-ci sinifində təhsil alır. Almas da dərslərə məsuliyyətli yanaşır və əlaçıdır", - deyə Dadaş Babazadə bildirib.


Qeyd edək ki, bu il 89 saylı məktəbi bitirən 5 şagirdi yüksək nəticələr göstərib. Məzunlardan Ş.Həsənova – 700 bal, Aytac Məmmədova – 675 bal, Fidan Abdullayev – 634 bal, Bilqeys Ağayeva – 567 bal, Lalə Dadaşova – 524 bal toplayıb.

İmtahanda yüksək nəticə göstərən Şahxanım Həsənova BAKU.WS-ə açıqlamasında bildirdi ki, hazırlıq müddətində məktəbin müəllimlərinin yanına gedib. Onun sözlərinə görə, əlavə müəllim tutmayıb.

"Müəllimlərimdən dəstək və kömək almışam. Dərsdən sonra müəllimlərimin yanına hazırlığa getmişəm", - deyə Şahxanım Həsənova bildirib.

Onun sözlərinə görə, dərs prosesi gərgin olub: "Əyləncəyə yer verməmişəm. Həmişə sosial şəbəkələrdən uzaq olmuşam. İmtahana gedən günü də, səhər yuxudan durub test həll etdim".

Şahxanım Həsənova deyir ki, hüquq fakültəsinə daxil olub, hakim olmaq istəyir: "Arzum ədalətli hakim olmaqdır".

Şahxanım Həsənova şəkil çəkdirməyi də sevmir. Onun atası Aydın Həsənov sürücü, anası Şərafət Həsənova isə xadimə işləyir.

Ziya SƏCCAD
BAKU.WS





Top XəbərlərЛучшее на сайте
Mərkəzi Bank 500 manatlıqlarla bağlı məsələyə aydınlıq gətirdi Mərkəzi Bank 500 manatlıqlarla bağlı məsələyə aydınlıq gətirdi Sosial Bakıda ŞOK HADİSƏ - avtobusda qadına qarşı nalayiq hərəkət, silah çıxardı Bakıda ŞOK HADİSƏ - avtobusda qadına qarşı nalayiq hərəkət, silah çıxardı Hadisə Zöhrə Abdullayevanın oğlu vəfat etdi Zöhrə Abdullayevanın oğlu vəfat etdi Hadisə Kosmetoloq Elnarə Rzayevanın daha bir qurbanı – DƏHŞƏTLİ FOTOLAR Kosmetoloq Elnarə Rzayevanın daha bir qurbanı – DƏHŞƏTLİ FOTOLAR Hadisə Bakıda qadına küçənin ortasında təcavüz etdi: Bakıda qadına küçənin ortasında təcavüz etdi: "Qolumdan tutdu yıxdı yerə və..." (VİDEO) Hadisə / Video Azərbaycanda yeni pul vahidi – 200 manatlıq Azərbaycanda yeni pul vahidi – 200 manatlıq İqtisadiyyat "Bakı gözəli 2018" yarışmasında saçyoldu - VİDEO Şou-biznes Bakıda böyük söküntü olacaq! Artıq binalara rəsmi xəbərdarlıq bildirişləri yapışdırılıb Bakıda böyük söküntü olacaq! Artıq binalara rəsmi xəbərdarlıq bildirişləri yapışdırılıb İqtisadiyyat / Sosial Azərbaycan Bakıda avtobusun altında qalan avstriyalı idmançıya 500 min avro ödədi Azərbaycan Bakıda avtobusun altında qalan avstriyalı idmançıya 500 min avro ödədi Hadisə Oğlunu itirən Zöhrə Abdullayeva fəryad etdi: Ölürəm... Oğlunu itirən Zöhrə Abdullayeva fəryad etdi: Ölürəm... Hadisə Bakıda avtomobil yüksək sürətlə hərəkət edərək belə aşdı - VİDEO Bakıda avtomobil yüksək sürətlə hərəkət edərək belə aşdı - VİDEO Hadisə Baş nazirdən yeni qərar: Tikinti qaydaları dəyişdi Baş nazirdən yeni qərar: Tikinti qaydaları dəyişdi Əsas Xəbər / Sosial Bakıda ŞOK OLAY: Biznesmen, Bakıda ŞOK OLAY: Biznesmen, "bomj" atasının dalınca morqa son model “Audi”də gəldi Əsas Xəbər / Hadisə / Sosial Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar - Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar - "Qayığa bağlıydılar" (VİDEO) Hadisə / Video 17 yaşında evləndi, əri əsgər getdi, qayını... - Əfv olunan qadının QANDONDURAN HEKAYƏSİ - FOTO 17 yaşında evləndi, əri əsgər getdi, qayını... - Əfv olunan qadının QANDONDURAN HEKAYƏSİ - FOTO Əsas Xəbər / Həyat tərzi Efirdə ŞOK GÖRÜNTÜLƏR: Tanınmış kosmetoloq qadınlarla əlbəyaxa dava etdi (VİDEO) Efirdə ŞOK GÖRÜNTÜLƏR: Tanınmış kosmetoloq qadınlarla əlbəyaxa dava etdi (VİDEO) Hadisə / Video Aygün Bəylərin bacısı sənətə gəldi: Zümrüd Hümbətovadan möhtəşəm ifa - VİDEO Aygün Bəylərin bacısı sənətə gəldi: Zümrüd Hümbətovadan möhtəşəm ifa - VİDEO Şou-biznes Rəsmi Moskvadan Bakını qəzəbləndirən addım Rəsmi Moskvadan Bakını qəzəbləndirən addım Əsas Xəbər / Qarabağ / Siyasət Azərbaycanlı model Dağüstü parkda alt paltarında - FOTO Azərbaycanlı model Dağüstü parkda alt paltarında - FOTO Həyat tərzi Mərkəzi Bank 100 və 50 manatlıq qəpikləri (FOTO) Mərkəzi Bank 100 və 50 manatlıq qəpikləri (FOTO) Əsas Xəbər / İqtisadiyyat
Son əlavəПоследние публикации
Müəllimlərin maaşları artırılacaq
26 may 2018

Müəllimlərin maaşları artırılacaq

1 092 Əsas Xəbər / Sosial