SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Məktəblərdə tədris ilinin müddətinin bu il may ayına qədər olacağı ilə bağlı xəbərlər yayılıb.
 
BAKU.WS-in redaksiyasına müraciət edən valideynlər tədris müddətinin hansı vaxta qədər olacağı ilə bağlı suallar ünvanlayıb. Məsələ ilə bağlı əməkdaşımız Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehovla əlaqə saxlayıb. 
 
Nazirlik rəsmisi bildirib ki, yayılan məlumatlar tam əsassızdır. C.Valehovun sözlərinə görə, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. 
 
Şahin Həbibov
BAKU.WS