VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanlı milyarder Telman İsmayılov "Mardan Palace" otelinin borcları səbəbi ilə "Halk Banka"a icra yoluyla satıldığı tenderin ləğvi üçün məhkəməyə müraciət edib. 
 
BAKU.WS-in məlumata görə, Antalya 5-ci İcra Hüquq Məhkəməsində keçirilən prosesdə "AST" şirkətlər qrupu adından vəkil Murat Türkal iştirak edib. Məhkəmə prosesində hakiminin iki tərəf arasında sülh əldə edilməsi təklifi hər iki tərəfdən rədd edilib. 

Vəkil Türkal məhkəmə predmeti olan daşınmaz əmlakın satışının qanunlara uyğun olmadığını bildirib. Qarşı tərəfin vəkili İsmayıl Çalım tenderin qanunlara uyğun olduğunu, məhkəmənin keçirilməsi istəyinin tenderin gecikdirilməsi üçün açıldığını iddia edib. 

Azərbaycanlı milyarder Telman İsmayılov "Mardan Palace" otelini 1,4 milyard dollara inşa etdirib. 
 
Şahin Həbibov
BAKU.WS