SİZİN REKLAM BURADA!
055 213 76 73



Mayın 16-da Azərbaycanda qiymətli metalların qiyməti ucuzlaşıb.

BAKU.WSTrend-ə istinadən xəbər verir ki, qızılın qiyməti mayın 15-i ilə müqayisədə 28,594 manat azalaraq 1 troy unsiyası üçün 2200,208 manat təşkil edib.

Gümüş 0,2945 manat ucuzlaşaraq 1 unsiya üçün 27,7177 manata bərabər olub.

Platinin qiyməti 17,7905 manat azalaraq 1529,3285 manat, palladiumun qiyməti 15,5635 manat azalaraq 1672,1115 manat təşkil edib.

BAKU.WS