VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycana yüklərin çatdırılması ilə məşğul olan bir sıra şirkətlər mətbuata müraciət ünvanlayıb. 

BAKU.WS xəbər verir ki, müraciətdə deyilir: 

"Biz, aşağıda qeyd edilən şirkət nümayəndələri, məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tam fəaliyyət göstəririk və sürətli poçt xidmətini yerinə yetiririk. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən fəaliyyətimizə heç bir məhdudiyyət qoyulmayıb və tam şəkildə yüklərimizi rəsmiləşdirərək gömrük sərhəddindən keçiririk.

Mətbuatda dərc olunan məlumata görə, sərhəddə bəzi şirkətlərə məhdudiyyətlər qoyulub. Bu tamamilə yanlış və əsassız məlumatdır".


Xatırladaq ki, bir müddət öncə xarici ölkələrdən Azərbaycana yüklərin çatdırılması ilə məşğul olan bir sıra şirkətlərin malları Azərbaycanın gömrük sərhədini keçə bilmədiyi məlumatı yayılıb. Bu barədə “Report”a həmin şirkətlərin müştəriləri məlumat veriblər.

Nazim
BAKU.WS