SİZİN REKLAM BURADA!
055 213 76 73



CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 8-də 69,86 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,06 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 8-də 69,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,1 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 8-də 66,62 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,04 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 8-də 68,35 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,18 dollar/barel çoxdur.

BAKU.WS