» » Vahid Ələkbərov Mübariz Mənsimovun “ölüm ayağında” olduğunu açıqladı


09-11-2017 | 17:21

  • 18 738

Vahid Ələkbərov Mübariz Mənsimovun “ölüm ayağında” olduğunu açıqladı


Xəbər verildiyi kimi 2017-ci il sentyabrın sonlarında azərbaycanlı gəmiçilik maqnatı Mübariz Mənsimovun “Palmali” şirkəti digər azərbaycanlı maqnat Vahid Ələkbərovun “Lukoil” şirkətinin törəməsi olan “Litasco” treydinq şirkətini London məhkəməsinə verib. İddiaya əsasən “Litasco” “Palmali”yə 2 milyard dollar ödəməlidir.

BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, bu gün “Nezavisimaya qazeta” nəşri həmin iddia ətrafında baş verənlər haqda yazıb. Məqalədə deyilir ki, “Palmali” “Litasco”nu müqavilə öhdəliklərini yerinə yetirməməkdə, başqa sözlə “Palmali” ilə bağlanmış müqavilədə göstərilmiş həcmdə neft həcmi verməməkdə günahlandırır.

Buna cavab olaraq Vahid Ələkbərov bildirib: “Bu gün bildiyiniz kimi “Palmali” müflisləşmə ərəfəsindədir. Mən belə fikirləşirəm ki, bu məhkəmə iddiası sadəcə olaraq diqqəti yayındırmaq üçündür. Bizim əlimizdə sənəd var, hansı ki, onlar 2015-ci ildə imza atıblar ki, bizə hansısa iradları yoxdur”. (Qəzet Ələkbərovun açıqlamasını rns.online portalına istinadla verir)
Məqalədə deyilir ki, “Palmali”nin “Lukoil”un törəmə şirkətini məhkəməyə verib-verməməsi, bu iddianın nə dərəcədə əsaslı olması bir tərəfə, türk şirkətinin özü və onun sahibi qanunsuz işlərə getdikcə daha çox bulaşır.

Belə ki, 2013-cü ildə Rusiyada vergi xidmətinin yoxlaması zamanı “Palmali”nin bu ölkədəki törəmə şirkəti olan “Palmali” MMC-nin iri məbləğdə vergidən yayındığı üzə çıxıb.

2016-cı ilin yanvarında Rusiya İstintaq Komitəsinin Cənub istintaq idarəsi Federal Vergi Xidmətinin materialları əsasında “Palmali” MMC-nin direktoru Aleksey Mixeyelovun barəsində cinayət işi qaldırıb. O, iri məbləğdə vergidən yayınmaqda ittiham olunur. Direktorun bu vergi maxinasiyalarını özbaşına, yoxsa “Palmali”nin sahibi Mübariz Mənsimovla əlbir həyata keçirdiyi haqda suala müstəntiqlər cavab verməyiblər. Hərçənd ağlabatan deyil ki, Mənsimovun bunlardan xəbəri olmasın. Xüsusən də söhbət 1.2 milyard rubl vergidən yayınmadan gedirsə.


Sənədlərə əsasən 2013-cü ilin sonlarında Rostovda qeydiyyatdan keçmiş “Palmali” MMC-nin səhmlərinin sahibi olan Türkiyə şirkəti “Palmali” Gemi Hizmetleri ve Agentelik Anonim Sirketi Rusiyadakı firmanı satmağı qərara alır. Alıcı kimi isə Maltada qeydiyyatdan keçmiş “Palmali Holding Co. Ltd” çıxış edir. Baxmayaraq ki, hər iki şirkətin sahibi eyni adamdır-Mübariz Mənsimovdur. Başqa sözlə, bu alqı-satqı bir cibdən alıb o biri cibə qoymaqdır. Hərçənd “Deloitte Malta” audit şirkətinin hesabatına əsasən “Palmali” MMC 230 milyon dollara satılıb.

Bu sövdələşmənin əsasənda “Palmali” Gemi Hizmetleri və Agentelik Anonim Sirketi 2013-cü ildə “Palmali Holding Co. Ltd”-dən avans kimi 140 milyon dollar alıb. 2014-cü ildə isə pulun qalanı-40 milyon dollar ödənilib. Baxmayaraq ki, “Palmali” MMC-nin səhmlərini “Palmali Holding Co. Ltd” 2014-cü ilin yanvarında almışdı. Ən maraqlısı isə budur ki, alqı-satqı müqaviləsi 2015-ci il noyabrın 5-i tarixə imzalanıb. Lakin müqavilədə şirkətin 230 milyon dollara yox, 38 dəfə ucuz-6.1 milyon dollara satıldığı göstərilir. Nəticədə Türkiyə şirkəti Rusiya büdcəsinə 44.8 milyon dollar vergi ödəməli olduğu halda cəmi 1.22 milyon dollar ödəyib.


Lakin Mübariz Mənsimov təxmin edirdi ki, Rusiyanın vergi orqanları bu sövdələşməni araşdıracaqlar. Ona görə də tərəflər əvvəlcədən müqaviləyə belə bənd daxil etmişdilər: “Satıcı təminat verir ki, bu müqaviləni bir sıra şərtlər üzündən özü üçün olduqda əlverişsiz şərtlərlə bağlayır”.

Lakin həmin bənd “Palmali”ni xilas etmədi. Vergi orqanları bu maxinasiyanın üstünü açdı. “İstənilən biznes, xüsusən də böyük və ciddi biznes şirkətin imicinə əsaslanır. Bu dünyada belə deyirlər: “Siz mənim sözümü götürüb banka qoya bilərsiniz”. Mübariz Mənsimovun sözü isə bu gün belə təəsürat yaranır ki, heç əzik quruşa da dəymir. Demək olar ki, Mübariz Mənsimovun tanker donanması sürətlə dibə gedir. Onun şirkəti isə imicini, tərəfdarlarını, etibarını görünür çoxdan itirib”-“Nezavisimaya qazeta” yazır.

BAKU.WS

GÜNÜN XƏBƏRLƏRİ


22 Ноября
21 Ноября
Top XəbərlərЛучшее на сайте
Azərbaycanda benzin bahalaşdı: 1,25 - 1,50 AZN Azərbaycanda benzin bahalaşdı: 1,25 - 1,50 AZN Əsas Xəbər / İqtisadiyyat İlham Əliyevin bacısı oğlundan hər kəsi heyrətləndirən hərəkət (VİDEO) İlham Əliyevin bacısı oğlundan hər kəsi heyrətləndirən hərəkət (VİDEO) Həyat tərzi Vaqif Əsədovdan sürücüyə Vaqif Əsədovdan sürücüyə "başın partlayar" deyən yol polisi ilə bağlı AÇIQLAMA (VİDEO) Hadisə 19 manata smartfonlar satışa çıxdı - World Telecom-dan inanılmaz kampaniya (VİDEO) 19 manata smartfonlar satışa çıxdı - World Telecom-dan inanılmaz kampaniya (VİDEO) Video / Sosial Nadir Qafarzadədən +18 klip: Nadir Qafarzadədən +18 klip: "İstəməyən baxmasın" (VİDEO) Şou-biznes / Video Metro stansiyasında səsini eşitdiyimiz qız: Metro stansiyasında səsini eşitdiyimiz qız: "Deyirlər ki, bu qızı alanın günü qaradır" (VİDEO) Video / Sosial Bakıda bu yolda sürücülər kütləvi şəkildə qayda pozur - 40 manat cərimə Bakıda bu yolda sürücülər kütləvi şəkildə qayda pozur - 40 manat cərimə Sosial Bakı aeroportunda 3 yaşlı qızı itlə yoxladılar, ürəyi getdi - BİABIRÇILIQ (VİDEO) Bakı aeroportunda 3 yaşlı qızı itlə yoxladılar, ürəyi getdi - BİABIRÇILIQ (VİDEO) Əsas Xəbər / Hadisə Ərəb milyonçu 19 yaşlı qızın bakirəliyini 3 milyon dollara aldı (VİDEO) Ərəb milyonçu 19 yaşlı qızın bakirəliyini 3 milyon dollara aldı (VİDEO) Həyat tərzi / Video Ağır xəstəlikdən əziyyət çəkən Könül Xasıyeva oğluna vağzalı çaldırdı, barmağına üzük taxdı (VİDEO) Ağır xəstəlikdən əziyyət çəkən Könül Xasıyeva oğluna vağzalı çaldırdı, barmağına üzük taxdı (VİDEO) Sosial Ərdoğandan Azərbaycanı məyus edən Qarabağ açıqlaması Ərdoğandan Azərbaycanı məyus edən Qarabağ açıqlaması Əsas Xəbər / Siyasət DGK Bakı aeroportunda 3 yaşlı qızın itlə yoxlanılması xəbərinə AYDINLIQ GƏTİRDİ - VİDEO DGK Bakı aeroportunda 3 yaşlı qızın itlə yoxlanılması xəbərinə AYDINLIQ GƏTİRDİ - VİDEO Əsas Xəbər / Hadisə Bu gecə benzin və dizelin bahalaşacağı gözlənilir Bu gecə benzin və dizelin bahalaşacağı gözlənilir İqtisadiyyat Azərbaycanlı milyarderin 18 yaşlı oğlunun lüks həyatı (VİDEO) Azərbaycanlı milyarderin 18 yaşlı oğlunun lüks həyatı (VİDEO) Həyat tərzi / Video Azərbaycanlı qadın hərbçi partlayış zamanı şəhid oldu (FOTO) Azərbaycanlı qadın hərbçi partlayış zamanı şəhid oldu (FOTO) Əsas Xəbər / Hadisə Müğənnilərin TOY QİYMƏTLƏRİ - Abbas 16 min, Elton 15 min (SİYAHI) Müğənnilərin TOY QİYMƏTLƏRİ - Abbas 16 min, Elton 15 min (SİYAHI) Şou-biznes Azərbaycanda kafedə biabırçılıq -  20 manatlıq qadınlar müştəri ovunda (VİDEO) Azərbaycanda kafedə biabırçılıq - 20 manatlıq qadınlar müştəri ovunda (VİDEO) Hadisə / Video Bakıda 16 mərtəbəli binadan Bakıda 16 mərtəbəli binadan "Lexus" maşının üzərinə 300 kərpic düşdü (VİDEO) Avto / Hadisə / Video MTRŞ-dan Zaurun 7-ci sinif şagirdinə elçi getməsi ilə bağlı açıqlama MTRŞ-dan Zaurun 7-ci sinif şagirdinə elçi getməsi ilə bağlı açıqlama Həyat tərzi Dövlət maşınları ucuz qiymətə satışa çıxarılır: Dövlət maşınları ucuz qiymətə satışa çıxarılır: "Opel" 1125, "Mitsubishi" 10 min, "Kia Rio" 5000 AZN (SİYAHI) Əsas Xəbər / İqtisadiyyat
Son əlavəПоследние публикации
Azərbaycanda rayonlara qar yağdı – FOTO
22 ноябрь 2017

Azərbaycanda rayonlara qar yağdı – FOTO

43 Sosial
Expressbank-ın kart sahibləri üçün xüsusi üstünlük!
22 ноябрь 2017

Expressbank-ın kart sahibləri üçün xüsusi üstünlük!

195 İqtisadiyyat
Manat sabah bu qiymətə olacaq
22 ноябрь 2017

Manat sabah bu qiymətə olacaq

951 İqtisadiyyat
Azərbaycanda ayı ovlayanlar tutuldu (FOTO)
22 ноябрь 2017

Azərbaycanda ayı ovlayanlar tutuldu (FOTO)

2 070 Hadisə
Xəzərdə bir gündə 2 zəlzələ oldu
22 ноябрь 2017

Xəzərdə bir gündə 2 zəlzələ oldu

784 Hadisə