VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rusiyanın Dağıstan Respublikası üzrə Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (Rosselxoznadzor) İdarəsi Azərbaycandan gətirilən 33 ton pomidorun ölkəyə girişinə icazə verməyib. Virtualaz.org xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin məlumatında deyilir.


Mənbəyə görə, məhsulun saxlanılmasına səbəb fitosanitar sertifikatda məlumatın tam dolğun olmamasıdır.

“Yükün sahibi “Bitkilərin karantini haqqında” Federal Qanunu pozub və buna görə də, cərimə şəklində inzibati cəza tətbiq edilib. Bütün idxal edilən məhsul geriyə - ixracatçı ölkəyə qaytarılıb”, - idarədən bildirilib.

BAKU.WS