VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
"Bank Silk Vey”in idarəetmə orqanında dəyişiklik olub.

BAKU.WS-in məlumatına görə, Səhmdarların Ümumi Yığıncağının 7 avqust tarixli qərarına əsasən, "Bank Silk Vey” ASC-nin idarəetmə orqanlarında dəyişiklik olub.

İdarə Heyətinin sədri Elçin Eldar oğlu Əhmədov Müşahidə Şurasının sədri, İdarə Heyətinin üzvü - sədrin müavini Mahir Əvəz oğlu Əhmədov isə - İdarə Heyətinin sədri vəzifəsinə təyin ediliblər.

E.Əhmədov 8 fevral 1982-ci ildə Bakı şəhərində anadan olub. 2004-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və Kredit" fakultəsini bakalavr, 2005-ci ildə isə magistr dərəcəsi ilə bitirib. Bir çox tanınmış şirkətlərdə məsul və rəhbər vəzifələrdə işləyən E.Əhmədov 2009-cu ildə "Bank Silk Vey" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib, 2012-ci ildən "Bank Silk Vey" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alaraq bu günədək icra edib.
 
BAKU.WS