VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
23 iyun 2017-ci il tarixində, Bank of Baku-nun Səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası keçirilib. İclasda, Bankın cari və gələcək fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunaraq, mühüm qərarlar qəbul olunub. 

Belə ki, iclasda qəbul edilən əsas qərarlardan biri, Bankın kapitalının 91 milyon manat həcmində artırılmasından ibarətdir. Qeyd edək ki, hal-hazırda Bankın nizamnamə kapitalı 52 milyon 870 min manatdır. Kapital artımı nəticəsində Bankın nizamnamə kapitalı 143 milyon 870 min manat təşkil edəcək. Kapital artımı ilə bağlı qərarın icrasının ən qısa zaman ərzində həyata keçirilməsi nəzərdə tutulub. 

Bu qərarın icrası ilə Bank of Baku-nun məcmu kapitalının həcmi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən olunmuş normativ tələblərə tam cavab verəcək. 

Daha ətraflı:
145 məlumat mərkəzi