» » Bitcoini necə qazanmaq olar?


19-06-2017 | 15:39

  • 1 822

Bitcoini necə qazanmaq olar?

 
Bitcoin nədir? Bitcoin necə istifafə edilir? Bitcoin neçə dollardır? Bitcoin necə əmələ gəldi? Bitcoin öz sahibinə pul qazandıra bilirmi? Bitcoinin gələcəyi necə olacaq? Compstore.az bütün bu suallara cavabını təqdim edir:

Bitcoin ələ ovuca gələcək pul kütləsi deyildir. Tamamən digital bir platformada olan Bitcoin əslində bir şəbəkədir. İstifadəçilər bu sistem üzərində hər hansı bir əlaqələndirici olamayaraq bir birinə birbaşa transfer edə bilir.

Bitcoin nədir?

Bitcoin 2008 ci ildə Satoshi Nakamoto tərəfindən icad edilmiş və hər hansı bir mərkəz banka, rəsmi quruluş və s ilə bağlantılı olmadan ancaq ölkələrin pul vahidi ilə alınıb satıla bilən, hər hansı bir üçüncü qurum və ya şəxsə aid olmadan transfer edilə bilən rəqəmsal pul vahididir. Dünya bazarlarında Dollar və Euroya alternativ olaraq hesab edilən Bitcoinin simvolu ฿, qısaltma adı isə BTC dir.
 
Bitcoin kağız pulun alternativi ola bilərmi?

Bir çox insanın Bitcoinin kağız pulun gələcəyi olaraq gördüyü bir gercəkdir. Gələcəkdə kağız pul tədavüldən qalxıb rəqəmsal pula keçəcəyimizi iddia edənlərin sayı günü gündən artır. Fəqət mən bunun üçün daha erkən olduğunu düşünənlərdənəm. Fantastik filimlərdən səssiz həyatımıza daxil olan elektronik pulun, kağız pulu tam əvəz etməsi real olaraq görünmür. Hətta Bitcoinin bir formada balon olduğunu söyləyənlərdə az deyildir. Məsələn Queensland Universitetindən professor Con Quikin kimi. Fəqət ciddiyə alınması gərəkən bir pul vahidi olduğunu artıq qəbul etmək zamanıdır. Dünyanın bir çox ölkəsində fərdi istifadədən əlavə olaraq dövlətlər nəznindədə etibar görməyə başlamışdır. Almaniya maliyyə naziri   Bitcoin-I bir forma hesab kimi olaraq gördüylərini söyləmişdir. Hətta İranın embarqo zamanı bu əngəlləri aşmaq üçün Bitcoin istifadə etdiyi söylənilənlər arasındadır.

Bitcoin necə istehsal edilir?

Bitcoin istehsal etməyə mədənçilik (mining) deyilir. Bitcoin çıxarmaq, yəni mədənçilik edərək bir miqdar Bitcoin əldə etmək, mədənçiliyin tək şərti deyildir. Mədənçilik (mining) hesablama ixtiyarını istifadə edərək, işini reallaşdırma, sistem şəbəkəsini güvənli bir şəkildə qoruma və sistemdəki hər istifadəçini sinxronizə hala gətirməkdir. Sistem tək bir mərkəzdən kontrol edilmədiyi üçün, Bitcoin istifadə edilən hər yerdə vaxtı çalışdırmaq, sistemə nəzarət etmək və digər işləri pul qarşılığında edənlərə mədənçi deyilir.

Bitcoin mədənçilik işinə tək başınıza başlamaq istəsəniz onda çox güclü bir kompüter sisteminə sahib olmanız vacıbdir. Çünkü Bitcoin mədənçiliyi, kompüterinizə aid əlavə apletlərlə edilir. İlk olaraq CPU (prosessorla) edilən mədənçilik artıq yerini özündən 50-100 dəfə daha sürətli çalışa bilən (GPU) qrafik karta buraxmışdır.Yəni bu o deməkdir ki, ekran kartınız nə qədər qüvvətlidirsə Bitcoin mədənçiliyiniz o qədər yaxşı olar. Ayrıca mədənçilik üçün özəl olaraq qurulmuş sistemləri satin ala və ya kirayələyə bilərsiniz.

Əgər bu məsələdə tələskənsinizsə o zaman Bitcoin qazanmaq üçün tək başınıza çalışmağınıza ehtiyyac yoxdur. Bitcoin hovuzlarına (şəbəkələrinə) daxil olaraq (mining pool) bir növü öz kompüterinizinin gücünü birləşdirərək daha bəsit alqoritmlər ilə məşğul ola bilərsiniz. Mining pool-ların sayı çoxdur. Hər bir mining pool (hovuzun) gəlir bölüşdürülməsi fərqlidir. Əsasən bir blokdan əldə edilən toplam gəlir, hovuza qatılanlar arasında bir formula bağlı olaraq bölüşdürülür. Bu əsnada bəlli bir payı da, pool operatoru əldə edir.

Bitcoin mədənçilyi günü gündən çətinləşdirilidiyi üçün gərəkli texniki göstəcilər də, günü gündən yüksəlməkdədir. Məsələn bir neçə il əvvəl pul qazandıran texniki göstəricilər, artıq günümüzdə elektrik pulunu ödəyəməyəcək bir vəziyyətə gəlmişdir. Vəziyyət belə olunca mədənçilər başqa yollara baş vururlar. Bunların ən başında Cloud Mining gəlməkdədir. İnternet üzərində sizin adınıza pul qarşılığında istənilən texniki gücü tapa bilər, və bəlli bir qiymət qarşılığında müqavilə bağlayaraq bu texniki gösətricilərin xeyrinə ortaq ola bilərsiniz.

Bitcoin mədənçiliyi hər keçən gün daha da çətinləşdiriməkdədir. Bunun başlıca səbəbi dünyanın dörd bir yanında mədənçiliyə yeni istifadəçilərin daha güclü kompüterlərlərlə daxil olmasıdır. Sistem bu doğrultuda, bazara qısa zaman kəsimində çox sayda Bitcoin buraxılmasını yavaşlatmaq üçün öz içində avtomatik olaraq çətinlik səviyyəsini əyarlamaqdadır. Bununla birlikdə hər il istifadəyə verilən Bitcoin miqdarı azalmaqdadır. Sistem 21 milyon Bitcoin istehsala çıxana qədər icazə vermə sistemi üzərində proqramlaşdırılmışdır. Yəni saysız hesabda Bitcoin çıxara bilmək kimi bir şey mümkün deyildir.

 BİTCOİN-in dəyərini nə tənzimləyir?

Bitcoinin özündən yəni öz istehsalından gələn dəyəri olmadığı kimi, insanların qəbulu ilə dəyər qazandığını söyləmək doğru olar. Onun dəyəri bazarlardakı tələb və təklifin nəticəsində təyin edilir. Tələb artınca qiymət artır, tələb düşüncə isə qiymət azalır. Dövriyyədə müəyyən sayda Bitcoin vardır. Yeni Bitcoin yaratmanın əvvəldən təyin edilmiş bir proseduru və limiti olduğu üçün, təklifə görə tələb artınca Bitcoin dəyər qazanır. Bir misal olaraq nəzərinizə çatdırım ki, son zaman baş verən virus hücumu nəticəsində bu virusu çıxaran qrup, həmin virusun təmizlənməsi üçün qurum və şirkətlərə müəyyən miqdar pul tələbi ilə məktub ünvanlamışdır. Bu məktubda isə ödəməni yalnız Bitcoin lə edilməsi tələb edilirdi. Məhz bu səbəbdən bir çox şirkət, bank və qurumlar məcburi olaraq Bitcoin axtarışına çıxdıqlarına görə bazarda 1 bitcoin 3000 USD səviyyəsinə qədər yüksəlmişdir.

 BİTCOİN necə istifadə edilir.

Öncəliklə Bitcoin istifadə edə bilməniz üçün bir cüzdan yaratmanız vacibdir. Bu elektronik cüzdanınız cib telefonunuzda, kompüterinizdə yarada bilərsiniz. İnternet üzərində olan veb servislərdən istifadə edə bilərsiniz. İstifadəçi başına yaradıla bilən cüzdan sayı limitsizdir. İstədiyiniz qədər cüzdan yarada bilərsiniz. Üstəlik cüzdan üçün şəxsi məlumatlarınızı vermənizə də ehtiyyac yoxdur. Yaratdığınız virtual cüzdan vasitəsilə digital pulu qəbul edə, göndərə bilər və hətta alış-veriş edə bilərsiniz. Bitcoin sistemində edilən ödəmələrin təsdiqlənməsi üçün (assimetrik şifrələmə) nöqtədən-nöqtəyə şəbəkə bağlantısı və proof-of-work kimi texnologiyalardan istifadə edilir. Bitcoinlər ödəməni edən adresdən alıcı adresə şifrələnmiş olaraq imzalanıb göndərilir. Hər əməliyyat şəbəyə bildirilərək edilir və blok zəncirində öz yerini alır. Beləcə əlavə edilən bitcoinlər bir dəfədən artıq istifadə edilə bilməz. Bitcoin bu texnologiyanı istifadə edərək hər kəsin istifadə edə biləcəyi sürətli və son dərəcə güvənilir bir ödəmə şəbəkəsi qurmuşdur.

Satın aldığınız və çıxarddığınız Bitcoinləri internet üzərindən xərcləyə bilər, alış-veriş edə bilərsiniz. Bizim ölkəmizdə hələ olmasa da, dünya üzərində bitcoini istifadə edə mağazalar və restoranlar vardır. Bu yerlərə Bitcoin Travel və Bitcoin navigator üzərindən səyahət edə bilərsiniz. Ayrıca olaraq isə nəzərinizə çatdırım ki, Paypal, Bitcoini ödəmə sistem olaraq qəbul etdiyini dünyaya açıqlamışdır. Paypal vasitəsilə alış verişlərinizdə Bitcoin istifadə etmə imkanınız vardır.

Bitcoin. Yatırım aləti olaraq istifadə edilə bilərmi?

Bitcoin bir yatırımı aləti olaraq istifadə edilə bilər. Ona dəyər qatan amil, tələb və təklif miqdarı olduğu üçün dəyəri tez-tez dəyişir. Bu dalğalanmalar istər istəməz insanların marağını çəkir. Üstəlik transfer edərkən prosedurların ani olaraq edilməsi onu digər yatırım alətlərindən bir addım irə çıxarır. Təbii ki bu işdədə spekulyatorlar olmaqdadır. Populyarlaşması artdıqca dəyərinin artacağı, insanların gözləntisi Bitcoin yatırımına yönəldilir. 

Bitcoin müdafilədirmi?

Bitcoin-ə bağlı hesab edilən protokollar vardır. Bu protokollar çərçivəsində etdiyiniz hər bir əməliyyat şifrələnir. Eyni zamanda Bitcoin təməl etibarı ilə sağlam bir yaddaşa malikdir sistemdir. Cüzdanınızın şifrəsinin oğurlanması, və ya kompüterinizin hack edilməsi, istifadəçinin diqqətsizliyi üzərindən baş verən xətalar üçün sistemin müdafiə problem yoxdur. Bu durum sizin əsl cüzdanınızı və ya kredit kartızı itirmənizdən və ya oğurladmağınızdan fərqsizdir. Bitcoin kriptosuna görə eyni pulu iki dəfə xərcləmək mümkün deyildir. Pulun sizə aid olduğunu və daha öncəsində başqa birinə göndərilmədiyini, sistem tərəfindən təyin edilir. Bu nədənlə bir formada və ya hiyləli yollarla Bitcoin yaradıb satmaq qeyri mümkündür.
 
Hər istəyən digital pul yarada bilərmi?

Bitcoin məntiqi ilə başqa biri çıxıb öz digital pulunu yarada bilər. Mədənçiliq qanunları və sistem protokolları fərqli olsa belə, sistemin məntiqi və işləməsi eyni olacaqdlr. Hətta bazarda Bitcoin kimi yüzlərcə digital pul forması vardır. Etherium, Litecoin və Dogecoin ən çox istifadə edilənlərdən sadəcə üçüdür.
 
Bitcoinin üstünlüyü və zəifliyi nədədir?

Hər hansı bir ölkənin mərkəzi bankına bağlı olmadığı üçün hər hansı bir ölkənin iqtisadiyyatınında təsiri yoxdur. Yəni baş verən dalğalanmara heç bir şəxsə və dövlətə bağlı deyildir. Bitcoin anonimdir, bu nədənlə heç kimsə ya da heç bir qurum sizin hesabınızı bağlaya bilməz və dondura bilməz. Bitcoin-də hesab açmaq olduqca sadədir. Bankda hesab açmaq istəsəniz səhifələrlə formalar doldurmalısız. Bitcoin-də isə bunların heç birinə gərək yoxdur. Bank hesabınızdan başqa bir hesaba transfer edərkən bunun üçün məbləğ ödəmək məcburiyyətindəsiniz. Bitcoin ilə transfer edərkən araya heç kimi daxil etmədən birbaşa olaraq göndərmə etdiyinizə görə heç bir məbləğ tutulmur. Bitcoin ilə edəcəyiniz hər bir ödəmələr dəqiqələr içində yerinə çatır. Gecə-gündüz, həftə sonu və s. heç fərq etməz. Bu baxımdan Bitcoin ən sürətli transfer formasıdır.

Bitcoinin zəif yeri isə Bitcoin transferlərində göndərənin və alıcının kimlik məlumatları gizli tutula bildiyinə görə, hər forma illeqal, qanunsuz pul transferlərinə şərait yaratmasıdır. Bitcoin itirmək çox asandır. Kredit kartınızı itirdiyinizdə və bank hesabınız başqası tərəfindən ələ keçirildikdə siz dərhal banka zəng edim məlumat verə bilərsiniz. Hətta bu yetməzsə belə polisə şikayət edə bilərsiniz. Ancaq Bitcoin sistemində bunlar keçərli deyildir.Bitcoin sisteminidə itirdiyiniz cüzdanınızı geri ala bilmək üçün heç bir mexanızm yoxdur. Bunun önünə keçməyiniz üçün ən yaxşı üsul sadəcə bitcoinlərinizi internetə bağlantısı olmayan bir sərt diskdə saxlamaqdır.

Bitcoin bazarının dalğalanması avantaj olduğu kimi dezavantajıda vardır. Çox sürətlə yüksələrək sizi milyoner edə biləcəyi kimi, çox sürətlə enib sizin milyonlar itirmənizə də nədən ola bilər.

Bitcoin Azərbaycanda

Hal hazırda ölkəmizdə günü gündən populyarlaşan elektronik mədənçilik sistemi artıq asta asta öz bəhrəsini verməkdədir. Bizim istifadəçilər əsasən Efirium digital pulunu yığan mədənçiliklə məşğuldurlar. Bu digital pul son zamanlar yüksək artış göstərərək 1 ETH – 400 USD bərabərinə çatmışdır. Bitcoin və ya digital mədənçiliklə məşğul olmaq istəyənlər ilk öncə dəqiq hesablamar aparmalıdırlar. Onların əldə etdiyi kompüter və videokartlara qoşulan qida blokları, onların istifadə etdiyi elektrik enerjisi və s. Bütün bunlar hesablanandan sonra sizə lazım olan qurğunu əldə edə biləsiniz. Yuxarıda qeyd etdiyimiz kimi elektronik mədənçilikdə əsas işi qrafik kartlar görür.

AMD seriyasından olan videokartlar daha ucuz olduğuna görə daha effektiv çalışır. Enerji istifadəsi də çox olmadığına görə bir çox mədənçilər AMD seriyasından olan RX470 RX480 RX570 RX580 seriyasından istifadə edirlər. Bu sadaladığımız amillər AMD nin üstün olmasını bildirmir. Sadəcə qiymət baxımından daha sərfəli olduğuna görədir. Lakin mənfi cəhəti isə istifadə zamanı daha tez sıradan çıxır. Buna görə daima nəzarətdə olmalı və qurğunun çalışdığı yer daima sərin olmalıdır. Nvidia istehsalı olan GTX1060 GTX1070 GTX1080 GTX108ti seriyalı qrafik kartlar isə daha bahalıdır məhz buna görə az adam istifadə edir. Müsbət cəhəti isə uzun müddət problem olmadan stabil çalışmasıdır. Yaxşı mədənçi olmaq üçün əsas amillərdən biri qrafik kartların əyarların daha düzgün qurmaqdır. Məsələn GTX1080 seriyalı qrafik kart gün ərzində 4-8 dollaradək GTX1080ti isə 11-15 dollaradək sizə pul qazandıra bilər. 
    
Bitcoin nə üçün pul ödəyir?

Bitcoin pul ödəməsi barəsində yuxarıda qeyd etmişdir. Siz bu şəbəkəyə daxil olursunuz və sizin qrafik kartlar (GPU) şəbəkə tərəfindən icarəyə verilir. Bu şəbəkəyə məhz icarəyə görə ödənilən pullardan sizə çatan hissəsini əldə edirsiniz. Misal olaraq göstərə bilərik ki, dünyaca məhşur forex şirkətləri və forex bazarları real vaxt zamanında çalışır. Bu forexlərdə qiymətin qalxması enməsi və s əməliyyat çox qısa zaman kəsimində baş verir. Buna görə forex şirkətləri bu hərəkətlənməni dəqiq tənzimləmək və dünya birjalarını kontrol etməsi üçün milyardlarla investisiya yatırıb dünya səviyyəsində şəbəkə toru qurmalıdırlar. Bunu etməyə heç bir birjanın və şirkətin maddi imkanı yoxdur. Məhz bu səbəbdən onlar bütün dünyada olan kompüter istifadəçilərinin kompüterlərini icarə əsasında çalışdırır və onlara ödəmə edirlər. 

Bitcoin ferma necə olur?

Bitcoin ferma dedikdə bir neçə yüz hətta bir neçə min videokartın eyni anda çalışması və daha çox pul gətirməsi deməkdir.Bitcoin fermalar əsasən Çində daha çox fəaliyyət göstərir. Belə ferma yaradarkən ilk 5-6 ay ərzində sizin qazancınız ancaq yatırdığınız investisiyanı əldə etmək üçün çalışacaqdır. Bundan sonra isə təmiz xeyr olaraq Bitcoin qazana bilərsiniz. Bitcoin fermalarından daha effektivi İslandiyada yerləşir. İslandiyada hava soyuq olduğuna görə, qrafik kartlar işləyərkən çox qızması qeyri mümkündür. Məhz bu səbəbdən bir neçə investor öz fermasını İslandiya və şimal ölkələrində yaratmışdırlar.  Bitcoin ferma yaradarkən tək qrafik kart almağınız yetərli deyildir. Bundan əlavə olaraq sizə güclü qida bloku və bir neçə qrafik kartı eyni anda çalışdıra bilən anaplata lazımdır. Bir ana plata 6 ədəd qrafik kartı çalışdıra bilər. Anaplataya qoşulan 6 qrafik kart üçün yetərli voltaj və amperajda qida bloku lazımdır. Əlavə olaraq sürətli SSD yaddaş əməliyyat sistemi yazılması üçün və operativ yaddaş lazımdır. Yenədə qeyd edirəm ki əsas rolu burda GPU oynayır (qrafik kart). Bu sistem hazır olandan sonra internetə qoşulur və əyarları mədənçilik proqramı ilə tənzimlənərək işə başlayır. Fermanızı qoşduğunuz şəbəkədə daha üstün mövqedə olmaq istəyirsinizsə onda daha güclü qrafik kart və sürətli internetdən istifadəniz şərtdir. 
 
BAKU.WS

GÜNÜN XƏBƏRLƏRİ


16 Августа
15 Августа
Top XəbərlərЛучшее на сайте
5 nəfər tərəfindən zorlanan məktəbli qız: “Mən 3 il idi zorlanırdım, amma...” - AZƏRBAYCANDA DƏHŞƏT 5 nəfər tərəfindən zorlanan məktəbli qız: “Mən 3 il idi zorlanırdım, amma...” - AZƏRBAYCANDA DƏHŞƏT Hadisə İcra başçısının müavini təyin edilən gənc qız kimdir? - FOTO İcra başçısının müavini təyin edilən gənc qız kimdir? - FOTO Siyasət Bütün dünya ŞOKDA — Yerin altında 17 il yaşayan şaxtaçı sağ tapıldı Bütün dünya ŞOKDA — Yerin altında 17 il yaşayan şaxtaçı sağ tapıldı Hadisə Şəhid anası: “Oğlumun nişanlısı 6 ay bizdən əl çəkmədi, sonra dözmədi, Azərbaycandan köçüb getdi” – REPORTAJ, FOTO Şəhid anası: “Oğlumun nişanlısı 6 ay bizdən əl çəkmədi, sonra dözmədi, Azərbaycandan köçüb getdi” – REPORTAJ, FOTO Sosial Bakıda maşın alverçilərinin daha bir fırıldağı ifşa edildi Bakıda maşın alverçilərinin daha bir fırıldağı ifşa edildi Sosial Cəbhədə erməni əsgər başından belə vuruldu (VİDEO) Cəbhədə erməni əsgər başından belə vuruldu (VİDEO) Əsas Xəbər / Qarabağ Səbuhi Xanlarovun həyat yoldaşı dünyasını dəyişdi Səbuhi Xanlarovun həyat yoldaşı dünyasını dəyişdi Şou-biznes Məşhur aktyor illər sonra üzə çıxdı: Məşhur aktyor illər sonra üzə çıxdı: "Qızım xəstədir, ailəmi dolandıra bilmirəm" - FOTO Həyat tərzi Səbuhi Xanlarov özünü reklam etmək üçün arvadını yalandan öldürdü Səbuhi Xanlarov özünü reklam etmək üçün arvadını yalandan öldürdü Şou-biznes / Sosial General hərbi qiyam ərəfəsində Azərbaycanda kimə zəng vurduğunu açıqladı General hərbi qiyam ərəfəsində Azərbaycanda kimə zəng vurduğunu açıqladı Əsas Xəbər / Siyasət Qadının bikinidə namaz qılması hamını şoka saldı (VİDEO) Qadının bikinidə namaz qılması hamını şoka saldı (VİDEO) Həyat tərzi / Video / Sosial Öldüyü deyilən aktrisanın görüntüləri yayıldı – VİDEO Öldüyü deyilən aktrisanın görüntüləri yayıldı – VİDEO Əsas Xəbər / Həyat tərzi Şamaxıda içində 8 nəfər olan avtomobil 70 metr hündürlükdən dərəyə aşıb Şamaxıda içində 8 nəfər olan avtomobil 70 metr hündürlükdən dərəyə aşıb Hadisə Əli Həsənovun nəvəsinin Əli Həsənovun nəvəsinin "Gelandewagen"lə vurduğu yaralılardan üzücü xəbər Hadisə Ölüm xəbəri yayılan aktrisa ilə bağlı - ŞOK Təfərrüatlar Ölüm xəbəri yayılan aktrisa ilə bağlı - ŞOK Təfərrüatlar Həyat tərzi Gəlin maşını yolu kəsib pul istəyən uşağın üstündən keçdi (VİDEO) Gəlin maşını yolu kəsib pul istəyən uşağın üstündən keçdi (VİDEO) Hadisə / Video Nazir qızına toy etdi - müavini ilə quda oldu (VİDEO) Nazir qızına toy etdi - müavini ilə quda oldu (VİDEO) Əsas Xəbər / Həyat tərzi "Halal nemət min bərəkət" sosislərinin içindən görün nə çıxdı - FOTO Sosial Bakıda DƏHŞƏT: Qadın bina evində 70 it saxlayır - VİDEO Bakıda DƏHŞƏT: Qadın bina evində 70 it saxlayır - VİDEO Hadisə / Video Cırılmış pulları harada dəyişmək olar? Cırılmış pulları harada dəyişmək olar? İqtisadiyyat
Son əlavəПоследние публикации
Azərbaycandan evlənmək üçün apardığı qız qaçdı - VİDEO
16 август 2017

Azərbaycandan evlənmək üçün apardığı qız qaçdı - VİDEO

16 Həyat tərzi / Video
16 август 2017

"Qarabağ"ın qapıçısına dəvət

94 İdman
Gəncədə qadın oğlu tərəfindən döyülüb
16 август 2017

Gəncədə qadın oğlu tərəfindən döyülüb

81 Hadisə
Masallıda ana və iki azyaşlı övladı yandı
16 август 2017

Masallıda ana və iki azyaşlı övladı yandı

123 Hadisə
Azərbaycanda insan alveri edən 34 təhlükəli QADIN - VİDEO
16 август 2017

Azərbaycanda insan alveri edən 34 təhlükəli QADIN - VİDEO

1 332 Əsas Xəbər / Həyat tərzi / Video
Faytonçu Nazim xəstəliyindən DANIŞDI
16 август 2017

Faytonçu Nazim xəstəliyindən DANIŞDI

1 248 Şou-biznes
Manatın sabaha olan məzənnəsi açıqlandı
16 август 2017

Manatın sabaha olan məzənnəsi açıqlandı

350 İqtisadiyyat
Bulvarda faciə: Qadın özünü Xəzərə atdı
16 август 2017

Bulvarda faciə: Qadın özünü Xəzərə atdı

709 Hadisə