VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
SOCAR 2017-ci ilin may ayında Novorossiysk limanından 84 min 631 ton, Supsa limanından 260 min 380 ton, Ceyhan limanından 1 milyon 322 min 980 ton xam neft ixrac edib.

SOCAR-dan BAKU.WS-ə verilən məlumata görə, ümümilikdə yanvar-may ayları ərzində Novorossiysk limanından 573 min 838 ton, Supsa limanından 1 milyon 139 min 45 ton, Ceyhan limanından 6 milyon 697 min 67 ton xam neft ixrac edilib.

Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin may ayında 9 min 996 ton dizel yanacağı, 1 min 783 ton təyyarə yanacağı, 7 min 746 ton yüksək təzyiqli polietilen, 1 min 184 ton mütləqləşdirilmiş izopropil spirti, 6 min 178 ton maye piroliz qətranı, 2 min 911 ton propilen və 2 min 84 ton butilen butadien fraksiyası ixrac edib.

Ümumilikdə, 2017-ci ilin yanvar-may ayları ərzində 262 min 914 ton dizel yanacağı, 20 min 606 ton təyyarə yanacağı, 117 ton soba mazutu, 40 min 339 ton yüksək təzyiqli polietilen, 5 min 532 ton mütləqləşdirilmiş izopropil spirti, 28 min 100 ton maye piroliz qətranı, 17 min 7 ton propilen və 12 min 167 ton butilen butadien fraksiyası ixrac edilib. 2017-ci ilin may ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 520,58 dollar, təyyarə yanacağının - 471,86 dollar, dizel yanacağının - 442,95 dollar, 1 faizli kükürdlü mazutun - 299,83 dollar, yüksək təzyiqli polietilenin - 1222,50 dollar, butilen butadien fraksiyasının - 635,27 dollar, maye piroliz qətranının - 520,58 dollar, propilenin qiyməti - 880 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 1592,50 avro təşkil edib.
 
BAKU.WS