VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bütün dünya ölkələrinin ticarət əlaqələri qurmağa can atdığı ölkələrdən biri də Çindir. Bəs görəsən Azərbaycanın Çinlə ticarət dövriyyəsi nə qədərdir?
 
Ümumiyyətlə Çindən ən çox nə alırıq? Bu suala cavab tapmaq üçün Fins.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2017-ci ilin yanvar-mart aylarında 148 664.33 dollar dəyərində mal idxal edilib.

Statistika Komitəsinin tərtib etdiyi siyahıya görə, bu ölkədən ən çox geyim idxal olunub. Bundan sonra ən çox idxal olunan fişənklərdir. Belə ki, I rübdə Çindən 19.848 ton pirotexnika idxal olunub.

İdxal olunan digər məhsulların siyahısı belədir:  

Qadın çantası-110.365 ədəd

Gödən və dəridən hazırlanmış  digər məişən məmulatları – 159.429 ədəd

Kişilər üçün pambıq parçası olan ip, yundan və trikotajdan şalvar kombinezon və şortlar- 371.727 ədəd

Qadınlar üçün sintetik sapdan önlüklər və qayışlı kombinezonlar, şalvarlar və briclər- 270.872 ədəd

Sarımsaq (təzə və ya soyulmuş) -130 ton

Tam siyahı ilə buradan tanış ola bilərsiz. 
 
BAKU.WS