VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Bank of Baku", ölkəmizdə ilk dəfə təşkil olunan "Bakı 2017 İslam Həmrəyliyi Oyunları” münasibətilə fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir.  

Belə ki, Bankın aşağıdakı ünvanlarda fəaliyyət göstərən 3 filialı həm müştərilərin, həm də xarici ölkə vətəndaşlarına 22 may 2017-ci il tarixinədək yeni iş rejimində xidmət göstərəcək:

- Azneft filialı – Bakı şəh., Neftçilər pr. 65; Tel.: (+994 12) 145
- Səməd Vurğun filialı – Bakı şəh., Nəsimi ray., Puşkin küç., 12/14; Tel.: (+994 12) 145
- Neftçilər filialı – Bakı şəh., Q.Qarayev pr. 59; Tel.: (+994 12) 145

Yuxarıda adları qeyd olunan filialların iş qrafiki ilə aşağıdan tanış ola bilərsiniz: 

Həftəiçi 5 gün saat 09:00-dan 21:00-dək (nahar fasiləsi 13:00-14:00); 
Şənbə günləri saat 10:00-dan 21:00-dək (nahar fasiləsi 14:00-15:00); 
Bazar günləri isə saat 10:00-dan 21:00-dək (nahar fasiləsi 15:00-16:00).

Qeyd edək ki, filiallarda bazar ertəsi – cümə günü 17:00-dan sonra, həmçinin şənbə və bazar günləri saat 10:00-dan 21:00-dək yalnız valyuta mübadiləsi əməliyyatları aparılacaq. 

Bank of Baku-nun filial şəbəkəsi, eləcə də xidmət və məhsulları haqqında daha ətraflı məlumat üçün Bankın 145 Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
 
Daha ətraflı:
145 məlumat mərkəzi