VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən dövr ərzində qanunsuz yolla banklardan 100 milyon manatdan çox vəsait çıxarılıb. Bu da şirkətlərin nə qədər vəsait nağdlaşdırması barədə bankların hesabat verməli olduğunun vacibliyini göstərir.
 
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə vergilər naziri Fazil Məmmədov deyib. Nazir  deyib ki, məhz 1%-lik nağdlaşdırma vergisi banklara nəzarət funksiyasını daşıyır. Nazir, bu 1 faizin nə vergi daxilolmalarına, nə də biznes mühitinə əhəmiyyətli təsir göstərmədiyini qeyd edib.
 
Fazil Məmmədov həmçinin vergi sistemində aparılmış islahatlara da toxunub və deyib ki, vergi ödəyiciləri ilə yeni sistem və prinsiplərlə işlənilməsi nəzərdə tutulur.
Nazir, vergi ödəyicilərinin də şəffaf fəaliyyət göstərməli olduğunu vurğulayıb.
 
BAKU.WS