SİZİN REKLAM BURADA!
055 213 76 73



2017-ci ildə "Brent" markalı neftin qiyməti orta hesabla bir barel üçün 58 dollar təşkil edəcək ki, bu da onun cari ildəki qiymətindən 29% çoxdur.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin 24 analitik arasında apardığı sorğunun nəticələri deməyə əsas verir.

Analitiklər qeyd edirlər ki, bu artım, o cümlədən gözlənildiyi kimi OPEC-in hasilatın azaldılmasına dair qərarı ilə də şərtlənəcək.

"Brent" markalı neftin orta proqnoz qiyməti I rübdə bir barelə görə 53 dollar, II rübdə 56 dollar təşkil edəcək. WTI, ehtimal edildiyi kimi, bir barelə görə 1,4 dollar ucuz olacaq.
 
BAKU.WS