SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün Azərbaycandakı bankların heç biri dollar satmır. 

Fins.az xəbər verir ki, səhər saatlarında kiçik limitlə valyuta satan banklar da satışı dayandırıb.

Dünən müəyyən limitlə dollar satan "Bank Avrasiya”, "Bank BTB” və "Bank of Baku” bu gün valyuta satmaqdan imtina edib. 

Onların ardınca "Bank Avrasiya” və "Turanbank”da eyni qərarı verib. İndi "Turanbank” ancaq öz müştərilərinə 50 dollar satır.

Elə həmin limitlə valyuta satan "Yapı Kredi Bank”dən isə bildiriblər ki, artıq filiallarında dollar bitib. Ona görə də satış dayandırılıb.

Beləliklə, bu gün bütün banklar rəsmən valyuta satışından imtina edib. 
 
BAKU.WS