SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Rusiya üçün nəzərdə tutulan 5 ikimərtəbəli qatar Azərbaycana satılıb. ANS PRESS-in məlumatına görə, bu barədə İsveçrənin "Stadler Rail" şirkətinin mətbuat xidmətinin rəhbəri Marina Vinder bildirib.

Onun sözlərinə görə, qatarlardan 3-ü ötən il I Avropa oyunları ərəfəsində ölkəmizə göndərilərək "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sərəncamına verilib. Digər ikisi isə bu yaxınlarda ölkəmizə gətiriləcək.

QSC-nin sərnişindaşıma departamentinin rəis müavini Mədət Şixəmirovun ANS PRESS-ə verdiyi məlumata görə, iki ikimərtəbəli qatar gələn ay ölkəmizə gətiriləcək: "Biz 5 qatar almışıq. Üçü Birinci Avropa oyunları zamanı gətirilib, ikisi isə may ayında gətiriləcək. Həmin qatarlar da Sumqayıt istiqamətində işləyəcək”.

Əslində, 5 qatarla birlikdə İsveçrənin "Stadler Rail" şirkəti 25 ikimərtəbəli sürətli elektrik qatarlarını Rusiyanın "Аeroekspress" şirkətinə satmalı idi. Lakin 2014-cü ildə bu iki şirkət arasında 25 ikimərtəbəli sürətli elektrik qatarlarının ödənişində çətinliklər yaranıb.
"Stadler Rail" şirkətinin mətbuat xidmətinin rəhbərinin sözlərinə əsasən, hazırda onlar "Аeroekspress" şirkətinə güzəştə getməyə hazırdırlar. Odur ki, şirkət mübahisəli qərar layihəsi üzərində işləyir və müqavilədə dəyişikliklərin razılaşdırılması mərhələsindədir.

"Stadler Rail" şirkətinin mətbuat xidmətinin rəhbərinin sözlərinə əsasən, hazırda onlar "Аeroekspress" şirkətinə güzəştə getməyə hazırdırlar. Odur ki, şirkət mübahisəli qərar layihəsi üzərində işləyir və müqavilədə dəyişikliklərin razılaşdırılması mərhələsindədir.

Şirkətin ödəniş problemləri  2015-ci ilin birinci yarısının yekunlarına dair müqaviləyə əsasən məlum olub. Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə şirkətin hesabatında bilinib ki, şirkətin borcu 2014-cü il dekabrın 31-dək 68,9 milyon avro olub. Bu şirkət Moskvanın Domodedovo, Şeremetyevo, Vnukovo aeroportları ilə paytaxt arasında sərnişin daşınmasını həyata keçirir.

"Stadler Rail" şirkətinə məxsus qatarın ümumi sərnişin tutumu 919 nəfərdir.  Azərbaycanın aldığı bu qatarlar hazırda Bakı-Sumqayıt-Bakı marşrutu üzrə xidmət göstərir.
 
BAKU.WS