VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bütün dünya Tacikistan prezidenti Emomali Raxmonun zorla ərə verdiyi gəlinin qəmli üzünü müzakirə edir.

BAKU.WS-in məlumatına görə, hər şey Saidşo adlı 23 yaşlı müəllimin ölkə başçısına  həsr etməsilə başladı.

Prezident ona mədhiyə yazan gənci mükafatlandırmaq istəyir. Müəllimin subay olması onun işini asanlaşdırır və müəllimi evləndirmək qərarına gəlir.

Tacikistanda hələ də qarşılıqlı razılaşma yolu ilə evlənmə adəti qaldığından Saidşoya qız axtarırlar və ən yaxşı namizəd 22 yaşlı Marcona olur.

Qızın valideynlərilə danışıqlar aparılır və 10 gün sonra toy edilir. Ölkə mediasında yayılan toy görüntələrində qızın qəmli üzü müzakirələrə səbəb olub. Bir müddətdən sonra bu görüntülər dünya müdiasında müzakirəyə çıxarılıb.

Tacikistan prezidentinin əl qoyduğu zorla ərə vermə hadisəsi təcavüz və zorakılıq kimi dəyərləndirilib.

Zülfiyyə Qurbanova
BAKU.WS