SİZİN REKLAM BURADA!
055 213 76 73



Meksikada təcavüzdən şübhəli bilinən oğlanı linç etmək istəyən vətəndaşların qarşısını almaq mümkün olmayıb. Oğlanı döydükdən sonra timsahların önünə atıblar.

BAKU.WS türk mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı Jacinto, Oaxaca və Juarez şəhərində iki qadına təcavüz etdiyi iddiasıyla həbs olunub. Polis mərkəzinə aparılan oğlan vətəndaşların qəzəbinə tuş gəlib.

50 nəfərdən ibarət bir qrup polis mərkəzinə gələrək təcavüzçünü bayıra çıxarıb. Əsəblərinə hakim ola bilməyən qrup Jacintonu yaxınliqdakı timsah qəfəsi olan parka aparıb timsah qəfəsinə atıb.

Nihat HÜSEYNZADƏ
BAKU.WS