SİZİN REKLAM BURADA!
055 213 76 73



Ermənistanın hakim Respublika partiyası Serj Sarkisyanın Ermənistanın baş naziri postuna namizədliyini irəli sürüb.

Bu barədə qərar partiyanın icra orqanı və şurasının iclasında qəbul olunub.

Məlumata görə, Sarkisyanın namizədliyi partiya sədrinin birinci müavini Karen Karapetyan tərəfindən irəli sürülüb.

Sarkisyanın namizədliyi yekdilliklə təsdiq olunub.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl İrəvanın mərkəzində Serj Sarkisyanın baş nazir kimi hakimiyyətdə qalmasına qarşı etiraz aksiyaları keçirilib.

BAKU.WS