SİZİN REKLAM BURADA!
055 213 76 73



Ermənistanın paytaxtı İrəvanın mərkəzində, "Azadlıq" meydanında "Vətəndaş Müqaviləsi" müxalifət partiyasının sədri Nikola Paşinyanın tərəfdarlarının mitinqi başlayıb.

"Report"un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, aksiyada kifayət qədər insan iştirak edir, meydan tamamilə dolub.

Deputat Nikola Paşinyan vətəndaşları mitinqdə aktiv iştirak etməyə çağırıb.

Xatırladaq ki, aksiya Serj Sarqsyanın ölkənin baş naziri vəzifəsinə namizədliyinə etiraz olaraq təşkil edilib.

BAKU.WS