SİZİN REKLAM BURADA!
055 213 76 73



Ermənistan prezidenti Serj Sərkisyan bildirib ki, dörd il əvvəl olduğu kimi, indi də baş nazir postuna iddia etmir. Lakin eyni zamanda öz vədlərinin əsiri də olmaq istəmir.

BAKU.WS xəbər verir ki, Sərkisyan bu barədə tert.am saytına müsahibəsində deyib. O, axır ki, ikinci prezidentlik müddətinin başa çatmasından sonra siyasi gələcəyinin necə olacağına aydınlıq gətirib. Deyib ki, reallıqla barışmaya bilməz və ölkənin inkişafına görə məsuliyyət daşıdığını başa düşür.

“Bir tərəfdən biz xarici siyasətdə müsbət nəticələr əldə etmişik və bu da bizə ciddi davamlılıq ehtiyatı yaradır. Habelə elə sabitlik səviyyəsi əldə etmişik ki, iqtisadi göstəricilərin dinamikasını təmin edir, lakin digər tərəfdən biz mövcud təhdidlərlə hesablaşmaya bilmərik”-Sərkisyan deyib.

Sərkisyanın sözlərinə görə, Ermənistan aprel müharibəsini yaşayıb və insanların məsələni silah gücü ilə həll etmək cəhdini görüb. Və bu gün nəticələrini hesaba almadan küçədə problem yaratmaq istəyən qüvvələr var.
Ermənistan başçısının dediyinə görə, gələcək hakimiyyət mövzusu hazırda hakim Respublika partiyasının və ortağı Daşnaksütun partiyasının daxilində fəal müzakirə olunur. Lakin bu müzakirələr hələ partiya-instusional meydançaya gəlib çatmayıb.

“Bilmirəm bu müzakirələr nə zaman yekunlaşacaq, lakin sonda mənim namizədliyimin irəli sürülməsi barədə qərar qəbul edilsə, bu mənim tərəfimdən bir şərtlə mümkün ola bilər- konstitusion səlahiyyətlərin reallaşması ilə paralel olaraq mən təcrübəmi gənc liderlərə ötürməyə böyük zaman ayırmalıyam”-Sərkisyan bildirib.

Ermənistanda aprelin 18-dən etibarən prezident postunu parlamentin seçdiyi Armen Sərkisyan tutacaq. Serj Sərkisyan isə əsas hakimiyyət səlahiyyətlərinin cəmləşdiyi baş nazir postunu zəbt etməyə hazırlaşır.

BAKU.WS