VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanda 11 yaşlı oğlan uşağı qarında dəhşətli ağrılar, ürəkbulanma şikayətləri ilə həkimə müraciət edib.

BAKU.WS medicina.az-a istinadən xəbər verir ki, müayinə nəticəsində məlum olub ki, uşağın qaraciyərində 12 sm ölçüdə qurd kistası - Exinokokk vardır. Bir müddət dərman müalicəsi aldıqdan sonra cərrahi əməliyyat aparılıb. Həkimlərin səyi nəticəsində qaraciyərin 7-8 seqmentində diafraqmaya bitişik yerləşən nəhəng kistanı çətin cərrahi texniki üsullarla xaric etmək mümkün olub.

Uğurlu əməliyyatdan 3 gün sonra uşaq evə yola salınıb.

Uşaq üçün olduqca böyük hesab olunan Exinokokun orqanizmə ev heyvanları ilə təmasdan yoluxduğu təxmin olunur.

BAKU.WS