VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı şəhərinin “Şamaxinka” adlanan ərazisində DYP əməkdaşı ilə sürücü arasında maraqlı dialoq baş verib.

BAKU.WS xəbər verir ki, sosial şəbəkədə yayılan videoda sürücünün 9-cu mikrorayon istiqamətindən əsas yola çıxdığı görünür. Bu zaman “20 Yanvar” metrostansiyası istiqamətdən gələn DYP əməkdaşı avtomobili saxlayır və sürücüyə yaxınlaşır. Amma polis əməkdaşı sürücünü niyə saxladığını izah etmədən onunla səmimi söhbət edir.

✓ Özünü düzgün təqdim etməsə də (Yol Patrul Xidməti haqqında Təlimat 13.2. Yol hərəkəti iştirakçılarına müraciət edərkən YPX inspektoru sağ əlini baş geyiminə yaxınlaşdıraraq, hərbi təzim qaydasında salam verib öz vəzifəsini, xüsusi rütbəsi və soyadını deməklə özünü təqdim etməli, nəqliyyat vasitəsinin dayandırılması səbəbini bildirməlidir.)

✓ Əsassız saxlasa da (Yol Patrul Xidməti haqqında Təlimat 13.2. ...... nəqliyyat vasitəsinin dayandırılması səbəbini bildirməlidir.)

✓ Döş nişanı yaxasında olmasa da (Yol Patrul Xidməti haqqında Təlimat 6.6- Xidmətə gedən YPX əməkdaşı....döş nişanına...malik olmalıdır)

və digər qayda pozuntularına yol versə də, tanıyıb mehriban danışdığı üçün 99-YP-681 dövlət qeydiyyat nişanlı avtomobil ilə xidmət aparan DYP müfəttişləri.

Sürücü ilə yol polisinin mehriban dialoqunu təqdim edirik:

BAKU.WS