SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu gün  saat 05:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 147-ci kilometrliyində, Balakən rayonunun Qazma kəndi ərazisindən keçən hissəsində dəhşətli qəzanın görüntüləri yayıldı. 

BAKU.WS xəbər verir ki, videonu çəkən şəxslər qaranlıqda qəzaya uğrayan maşının qalıqlarını tapmaqda çətinlik çəkirlər. Bir qədər axtarışdan sonra onlar maşının bir parçasını tapırlar. 
 
Qeyd edək ki, avtombil ağaça çırpılması nəticəsində bir-neçə hissəyə bölünüb. Nəqliyyat vasitəsində olan 4 nəfər isə həyatını itirib. Onlardan üçü hadisə yerində, biri isə xəstəxanada vəfat edib. 
 
Hadisəyə səbəb 08 BF 305 dövlət nömrə nişanlı "Pejo” markalı avtomobilin yüksək sürətlə idarə edilməsi göstərilib.
 
BAKU.WS